Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Yaroslavl şəhərində yerləşən neft emalı zavoduna zərbə endirib.
Korrekt.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Telegram hesabında bildirib ki, bu zavod Rusiya tərəfindən Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsi üçün istifadə olunurdu.
“Yaroslavl, Ukrayna dövlət sərhədindən 700 kilometrdən çox məsafədədir. Rusiya müharibəsinin maliyyələşdirilməsi üçün çox vacib olan neft obyekti hədəfə alındı”, – deyə Zelenski vurğulayıb. O, Ukrayna Silahlı Qüvvələrinə və hərbi kəşfiyyatına bu ədalətin təmin olunmasına görə təşəkkürünü bildirib.





















