Keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Leonid Brejnevin nəticəsi Anton Milayev Ukrayna müharibəsində əsir düşüb.
Korrekt.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat verib.
Nəşr bildirir ki, 45 yaşlı kişi Sovet liderinin qızı Qalina Brejnevanın nəvəsidir. 2025-ci ilin payızında o, istehkamçı kimi cəbhəyə yollanıb, lakin noyabr ayında onunla əlaqə kəsilib.
Milayevin anası İrina Kuznetsovanın sözlərinə görə, oğlunun itkin düşməsindən bir neçə ay sonra xəbər tutub. Ona məlumat verilib ki, oğlu Xerson bölgəsində əsirlikdə saxlanılır.





















