Rusiya hərbçiləri Ukraynanın Krasnı Liman şəhərinin şimal-qərb ətraflarına daxil olublar.
Korrekt.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya ordusu şəhərin Şimal, Mərkəz, Kommunal və Cənub rayonlarını nəzarətə götürməyi bacarıb.
Bundan əlavə, nazirlik Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın müxtəlif bölgələrinə gecə etdiyi kütləvi hücum barədə də məlumat açıqlayıb. Bildirilib ki, gecə ərzində hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynaya məxsus 249 zərbə dronu (PUA) vurularaq zərərsizləşdirilib.





















