Bu yaxınlara qədər Dubayda məskunlaşan varlı britaniyalılar kütləvi şəkildə bu şəhəri tərk etməyə başlayıblar. Onlar hazırda İtaliyada məskunlaşırlar. Qaçışın səbəbi Yaxın Şərqdəki münaqişədir ki, bu da BƏƏ-nin varlı insanlar üçün rahat və təhlükəsiz bir yer kimi imicinə xələl gətirib. Korrekt.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat verir.
Varlı britaniyalılar İtaliyanın maliyyə mərkəzi olan Milana cəlb olunurlar. Avropanın ən varlı bankirlərinin, hüquqşünaslarının və investorlarının çoxu burada yaşayır. Bir çoxları həmçinin Romanı da nəzərdən keçirirlər. İtaliya özünün vahid vergi sistemi ilə varlı britaniyalıları cəlb edib. Bu, çox sadə və varlı britaniyalılar üçün faydalıdır.





















