İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti ABŞ prezidenti Donald Trampın İrana qarşı səsləndirdiyi təhdidlərə sərt reaksiya verib.
Vilayəti “X” hesabında paylaşım edərək Trampın dünyadakı real iqtisadi və siyasi durumdan xəbərsiz olduğunu bildirib. O qeyd edib ki, ABŞ prezidenti mövcud geosiyasi reallığı dəyişdirməkdə acizdir.
İran rəsmisi ABŞ qoşunlarının Almaniyadan çıxarılması ehtimalını, NATO-nun zəifləməsini və ABŞ hərbi gəmilərində təkrarlanan texniki problemləri “Ağ Evin illüziyalarının süqutunun əlamətləri” adlandırıb.
Trampın İranda mümkün aclıqla bağlı son təhdidlərinə də toxunan Vilayəti deyib ki, qlobal ərzaq təhlükəsizliyi və Hörmüz boğazından keçən kimyəvi gübrələrin təchizat zənciri Tehranın nəzarəti altındadır.
“Cənab Tramp! Siyasət dünyası Cek Sparrou filmi deyil. Dünyanın həyati arteriyası ilə oynayan hər kəs özünü çıxılmaz vəziyyətdə tapacaq”, – Vilayəti vurğulayıb.





















