image-1backend

Xameneyinin müşaviri: “ İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər” 

image-ads-728x90

SEPAH-ın keçmiş baş komandanı və İranın ali rəhbərinin müşaviri Möhsün Rzayi bildirib ki, xarici təhdidlərin davam etməsi halında İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa bilər.

Korrekt.az xəbər verir ki, Rzayinin sözlərinə görə, “bu tendensiya davam edərsə, İranın strateji və ehtiyat tədbirlərindən biri NPT-dən mümkün çıxış ola bilər və bu, qarşı tərəf üçün ağır nəticələr doğurar”.

O qeyd edib ki, İranın Hörmüz boğazı üzərində nəzarəti üçün hüquqi və təhlükəsizlik əsasları mövcuddur.

Rzayi əlavə edib ki, ölkə hazırda həssas mərhələdən keçir: “Bir tərəfdən müdafiə qüvvələrimiz tam hazırlıq vəziyyətindədir, digər tərəfdən İran rəsmiləri xalqın hüquqlarının təmin olunması üçün diplomatik danışıqları davam etdirirlər”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki