İranın keçmiş ali rəhbəri Əli Xameneyinin müşaviri olmuş Yəhya Rəhim Səfəvi bildirib ki, İran düşmənlərinin hədəfləri barədə tam məlumata malikdir və istənilən ssenariyə hazırdır.
Korrekt.az xəbər verir ki, Səfəvi deyib ki, son zərbələr zamanı hədəfə alınan obyektlər əvvəlcədən boşaldılıb. Onun sözlərinə görə, raket mərkəzləri əvvəlcədən təxliyə edildiyi üçün zərbələr boş binalara dəyib və həmin obyektlər hərbçilər, SEPAH və ya Bəsic qüvvələri tərəfindən istifadə olunmayıb.
Keçmiş müşavir vurğulayıb ki, İran kəşfiyyat xidmətləri ölkə ətrafındakı vəziyyəti daim izləyir, ABŞ və İsrailə məxsus hədəflər barədə geniş kəşfiyyat məlumatlarına sahibdir.
O, əlavə edib ki, məlumat bazası mütəmadi yenilənir və İsrailin baş naziri Benyamin Netanyahunun görüşlərinin keçirildiyi yerlər də İrana məlumdur. (ISNA)





















