image-2backend

Yasamalda 1917-ci ilin tarixi tikilisi restoran oldu – Tarixi tikiliyə hansı hüquqla dəyişiklik edilib?

image-ads-728x90

Yasamal rayonunda yerləşən və 1917-ci ildə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa etdirilmiş tarixi su anbarının üstündə restoran fəaliyyətə başlayıb. Tikili hazırda Azərsu ASC-nin balansındadır və bu addım sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Yasamal rayon İcra hakimiyyəti buna necə göz yumub? Bu tarixi tikilidə restoran açmaq kimin ideyasıdır? Suallar çoxdur.

Cavab isə hələ də yoxdur.

Sosial fəal Zamiq Məmmədli tərəfindən çəkilmiş fotolar göstərir ki, tarixi tikili dəyişdirilərək kommersiya obyektinə çevrilib. Bu vəziyyət bəziləri tərəfindən “Bakı Su Kanal İdarəsinin və Azərsu ASC-nin tarixi irsimizi ayaqlar altına atması” kimi qiymətləndirilir.

Məlumata görə, tikilinin tarixi memarlıq xüsusiyyətləri hələ də görünür və onun üstündə restoranın açılması birmənalı qarşılanmayıb. Mövcud vəziyyət sual doğurur: belə tarixi abidələrin istifadəsi və dəyişdirilməsi hansı hüquqi prosedurlar əsasında həyata keçirilir?

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə və  Azərsu ASC sorğu ünvanlamışıq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki