“Yaxın Şərqdə artan gərginlik təkcə siyasi deyil, həm də ciddi iqtisadi nəticələr doğura bilər. “– bu fikirləri siyasi şərhçi Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, ABŞ-ın artan hərbi xərcləri bir tərəfdən hərbi sənaye kompleksinə yeni sifarişlərin verilməsinə səbəb olur, digər tərəfdən isə müəyyən hallarda iqtisadi aktivliyin yüksəlməsinə təsir göstərir.
“Eyni zamanda, Vaşinqtonun enerji bazarındakı mövqeyini gücləndirmək üçün yaranmış vəziyyətdən istifadə etməyə çalışdığı qeyd olunur.Regionda mümkün hərbi eskalasiya xüsusilə dünya enerji bazarı üçün ciddi risklər yaradır. “– deyə Natiq Cəfərli bildirib.
Natiq Cəfərli bildirib ki, Hörmüz boğazı ətrafında yaranan gərginlik beynəlxalq enerji daşımalarına birbaşa təsir edir.
“Bu vəziyyət aviasiya yanacağı ilə bağlı problemlərin yaranmasına, neft qiymətlərində kəskin dalğalanmalara və qlobal logistika zəncirində çətinliklərin artmasına səbəb ola bilər. Xüsusilə Asiya və Avropa bazarlarında daşınma xərclərinin yüksəlməsi, enerji təminatı ilə bağlı narahatlıqların artması və tədarük gecikmələri iqtisadi riskləri daha da dərinləşdirir.”- deyə Natiq Cəfərli bildirib.





















