image-941540_srcbackend

ABŞ-da nə baş VERİR?- Tanınmış jurnalistlər həbs edildi

image-ads-728x90

ABŞ-da tanınmış jurnalistlərin həbsi ilə bağlı yayılan məlumatlar ölkədə söz azadlığı və media hüquqları ətrafında yeni müzakirələrə səbəb olub. Məsələ xüsusilə CNN-in sabiq aparıcısı, hazırda müstəqil jurnalist kimi fəaliyyət göstərən Don Lemonun və yerli jurnalist Corciya Fortun adının hallanması ilə diqqət çəkib.

Donald Trampın tənqidçilərinə qarşı sərt münasibəti uzun müddətdir müzakirə mövzusudur. ABŞ-ın keçmiş prezidenti ilə Don Lemon arasında gərgin münasibətlər hələ Trampın ilk prezidentlik dövründən məlumdur. Lemon 2018-ci ildə efirdə Trampı açıq şəkildə tənqid etmiş, onu irqçilikdə ittiham etmişdi. Sonradan CNN-dən ayrılan jurnalist fəaliyyətini YouTube platformasında davam etdirib.

Yanvarın 18-də Minnesota ştatında baş verən hadisələr zamanı Don Lemon etiraz aksiyasını işıqlandırmaq üçün Müqəddəs Pol şəhərinə səfər edib. Məlumata görə, İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) fəaliyyətinə etiraz edən təxminən on iki nəfər bazar günü bir kilsəyə daxil olaraq aksiya keçirib. Etirazçılar kilsədə xidmət edən pastorun eyni zamanda ICE-nin yerli rəhbərliyində çalışdığını iddia ediblər. Hadisə ibadət mərasiminin pozulmasına səbəb olub və narazılıqla qarşılanıb.
Don Lemon hadisəni canlı yayımlayıb, həm etirazçılarla, həm də zərərçəkənlərlə müsahibələr aparıb. Hadisə yerində yerli jurnalist Corciya Fort da olub. Bildirilir ki, federal hakim jurnalistlərin həbsi ilə bağlı order tələbinə sübutların yetərsizliyini və Konstitusiyanın Birinci Düzəlişini əsas gətirərək imtina edib. Lakin daha sonra Baş prokuror Pam Bondinin müdaxiləsindən sonra Lemon və Fort, eləcə də bir neçə etirazçı həbs edilib.

Don Lemonun daha sonra Los-Ancelesdə “Qremmi” mükafatlandırma mərasimini işıqlandırarkən də saxlanıldığı iddia olunur. Bu hadisələr media nümayəndələri arasında ciddi narazılıq doğurub.

image-941541_src

Jurnalistlərin həbsi fonunda Minnesota sakinləri Renee Goode və Alex Prettinin ICE agentləri tərəfindən öldürülməsi ilə bağlı hələlik heç bir həbsin olmaması da tənqid edilir.

Don Lemon məsələ ilə bağlı açıqlamasında bildirib: “Qoy cəhd etsinlər. Heç nə məni jurnalist olmaqdan saxlaya bilməz. Bu, səsimi susdura bilməz.” Media cameəsi baş verənləri söz azadlığına açıq təzyiq kimi qiymətləndirir.

Müşahidəçilərin fikrincə, bu hadisələr Donald Tramp ətrafında yaranan siyasi və hüquqi gərginliyi daha da dərinləşdirə bilər. ABŞ-da media azadlığı ilə bağlı müzakirələrin yaxın dövrdə daha da kəskinləşəcəyi istisna edilmir.haqqin.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki