image-1backend

İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Tomas Ştəli Ağstafa rayonuna işgüzar səfər edib

image-ads-728x90

Səfər proqramının ilk hissəsində Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında İH başçısı ilə işgüzar görüş baş tutub. Görüş zamanı rayonun sosial-iqtisadi inkişafı, aqrar sektorun mövcud potensialı və perspektiv layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Seymur Orucov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin İsveçrə Konfederasiyası ilə dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb. O qeyd edib ki, hazırda ikitərəfli münasibətlər qarşılıqlı hörmət, yüksək səviyyəli siyasi dialoq və səmərəli iqtisadi tərəfdaşlıq prinsipləri üzərində dinamik şəkildə inkişaf edir. Bildirilib ki, İsveçrənin “iCsquared GmbH” şirkəti tərəfindən ölkəmizdə, o cümlədən Ağstafa rayonunda həyata keçirilən İsveçrə–Azərbaycan plantasiya layihəsi bu uğurlu tərəfdaşlığın əyani sübutudur. Müzakirələr zamanı layihənin cari imkanları və gələcək inkişaf istiqamətləri nəzərdən keçirilib. Həmçinin bildirilib ki, bu təşəbbüs Ağstafada qeyri-ənənəvi və yüksək gəlirli kənd təsərrüfatı sahələrinin inkişafına təkan verməklə yanaşı, gələcəkdə təsərrüfatların genişləndirilməsinə, yeni plantasiyaların salınmasına, eləcə də tam istehsal və emal zəncirinin formalaşdırılmasına geniş şərait yaradacaq. Görüş zamanı tərəflər qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim ediblər.

Səfər proqramına uyğun olaraq nümayəndə heyəti Ağstafa rayon Heydər Əliyev Mərkəzini ziyarət edib. Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolunu və dövlətçilik fəaliyyətini əks etdirən ekspozisiya bölmələri ilə yaxından tanış olublar. Həmçinin qonaqlara Ağstafanın qədim tarixi, zəngin mədəni irsi və müasir mədəni həyatı haqqında ətraflı məlumat verilib.

Səfərin sonuncu mərhələsində nümayəndə heyəti rayonun kənd təsərrüfatı potensialı və mövcud infrastruktur imkanları ilə yerində tanış olub. İsveçrə-Azərbaycan plantasiya layihəsi çərçivəsində Dağ Kəsəmən kəndində və Saloğlu qəsəbəsində əkin sahələrinə baxış keçirilib. Diqqətə çatdırılıb ki, layihə bölgədə müasir aqroklaster modelinin qurulmasını, yerli fermerlərin yeni texnologiyalara cəlb edilməsini və yeni iş yerlərinin yaradılmasını hədəfləyir.

İşgüzar səfər proqrama uyğun şəkildə uğurla tamamlanmışdır.

image-1 image-2 image-3 image-4



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki