ABŞ Prezidenti Donald Tramp zəruri hesab etdiyi təqdirdə İrana qarşı hərbi əməliyyatları bərpa etməkdən çəkinməyəcəyini bəyan edib.
Korrekt.az xəbər verir ki, Tramp Salem News Channel-a müsahibəsində bildirib ki, vəziyyət fərqli inkişaf etsəydi, yenidən hücum qərarı verə bilərdi. O, hətta belə bir addımı indiki mərhələdə də mümkün hesab etdiyini vurğulayıb.
ABŞ lideri hazırda vəziyyətin “çox yaxşı” olduğunu desə də, İranın hazırkı hakimiyyətinin onun prezidentlik müddətinin sonunadək hakimiyyətdə qalmasını məğlubiyyət kimi qiymətləndirəcəyini bildirib.
“Bəli, bu, məğlubiyyət olardı. Şübhəsiz ki”, – deyə Tramp qeyd edib.
Tehranın amerikalı dövlət rəsmisini öldürməsi ehtimalı ilə bağlı suala cavab verən ABŞ Prezidenti isə sərt xəbərdarlıq edib:
“Onlar artıq mövcud olmayacaqlar”.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessentin İrandan gəldiyi bildirilən təhdidlər səbəbindən Vaşinqtondakı evindən hərbi bazaya köçürüldüyü barədə məlumat yayılmışdı.





















