image-1backend

Rusiya Kiyevdə xəstəxananı vurdu – FOTO

image-ads-728x90

Rusiya ordusu gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə dronlarla hücum edib. Zərbələrdən biri şəhərin Şevçenko rayonunda yerləşən tibb müəssisəsinə düşüb.

Korrekt.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində xəstəxanada yanğın baş verib, binanın ikinci mərtəbəsində qismən dağıntılar yaranıb. Hadisə nəticəsində bir nəfər yaralanıb.

Xilasedicilərin məlumatına görə, tibb müəssisəsindən 30 nəfər təxliyə edilib, daha 7 nəfər isə təhlükəsiz əraziyə çıxarılıb. Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb.

Qeyd edək ki, son günlər Rusiya qüvvələri Kiyevə dron və raket hücumlarını davam etdirir. Noyabrın 12-də paytaxtın Solomyanski rayonunda doqquzmərtəbəli yaşayış binası da pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Hadisə nəticəsində bir qadın həlak olub, xəsarət alanlar da var.

Rusiya-Ukrayna müharibəsi çərçivəsində paytaxtın yaşayış məntəqələri və infrastruktur obyektləri dəfələrlə hücumlara məruz qalıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki