image-1backend

ABŞ-da silahlı şəxs səkkiz uşağı öldürüb

image-ads-728x90

ABŞ-ın Luiziana ştatında silahlı şəxs bazar günü səhər saatlarında iki fərqli evdə baş verən atışmada səkkiz uşağı öldürüb.

Korrekt.az xəbər verir ki,bu barədə Şrivport şəhərinin polis idarəsinin sözçüsü Kris Bordelo məlumat verib.

Bu, son iki ildən çox müddətdə ölkədə baş verən ən ölümcül kütləvi atışmadır.

Məlumata görə, hadisənin qurbanları 1-14 yaş arası uşaqlar olub. Bordelo hadisə zamanı 10 nəfərin güllələndiyini və uşaqlardan bəzilərinin atəş açan ilə qohum olduğunu deyib.

Silahlı şəxs daha sonra polislərlə yaşanan qarşıdurma zamanı ölüb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki