ABŞ iki gündür İran ətrafında kəşfiyyat uçuşları həyata keçirir. Korrekt.az xəbər verir ki, bununla bağlı, “Flightradar24” platforması məlumat verib.
Platformaya əsasən, ABŞ-nin müxtəlif kəşfiyyat təyyarələri İran ətrafında uçuşlar həyata keçirir.
Flightradar24, dünya üzrə real vaxtda kommersiya və bəzi hərbi uçuşları izləməyə imkan verən bir platformadır. Platforma istifadəçilərə təyyarələrin mövqelərini, yüksəklik və sürət məlumatlarını göstərir və beynəlxalq uçuşların monitorinqi üçün geniş istifadə olunur.





















