image-1backend

 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru:   İranın razılaşma ilə bağlı niyyətləri şübhəlidir

image-ads-728x90

Axios nəşri xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff prezident Donald Trampa və digər yüksəkvəzifəli rəsmilərə təqdim etdiyi dəyərləndirmədə İranın ABŞ-nin tələb etdiyi nüvə güzəştlərinə getmək niyyətinə dair ciddi şübhələrin mövcud olduğunu bildirib.

Korrekt.az xəbər verir ki, ABŞ kəşfiyyat orqanlarının topladığı materiallar İranın yekun razılaşma çərçivəsində gözlənilən öhdəlikləri qəbul etməyə hazır olub-olmaması barədə suallar yaradır.

Axios qeyd edir ki, Ratkliff administrasiyada bu mövqeni bölüşən yeganə şəxs deyil. Daxili müzakirələr zamanı dövlət katibi Marko Rubio və müharibə naziri Pit Heqset də anlaşma memorandumu ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Digər tərəfdən, vitse-prezident C.D. Vens, eləcə də ABŞ nümayəndələri Stiv Uitkof və Cared Kuşner razılaşmanın davam etdirilməsini dəstəkləyirlər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki