image-1backend

ABŞ meşə yanğınlarının əsirinə çevrilib: Yanğın 50-dən çox evi məhv edib

image-ads-728x90

ABŞ-ın  Corciya ştatında baş verən meşə yanğınları 50-dən çox evi məhv edib. Korrekt.az xəbər verir ki, quru və isti hava səbəbindən yanğınlar ştatın cənub hissəsindəki Brantley dairəsində sürətlə yayılır.

Televiziya şirkətinin məlumatına görə, təxminən 1000 ev və digər tikililər təhlükə altındadır. Zərər çəkmiş ərazilərdə təxliyə işləri aparılır.

Qonşu Florida ştatının şimalında da yanğınlar baş verdiyi bildirilir və hakimiyyət orqanları artıq təxliyə tədbirlərinə başlayıb. Yanğınların səbəbi hələ də araşdırılır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki