ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi İranın İsrail və ABŞ-yə qarşı təhdidlərinin ciddi qəbul edilməli olduğunu bildirib. Korrekt.az xəbər verir ki, səfir “Israel National News” telekanalına müsahibəsində İranı ABŞ və İsrail üçün real təhlükə kimi xarakterizə edib.
“Bunlar bizi həqiqətən öldürmək istəyən insanlardır. Əgər biz buna inanmırıqsa, sadəcə axmaq bir oyun oynayırıq”, – deyə Hakabi bildirib.
O, İranın Hizbullah, HƏMAS və Husilərə maliyyə və digər dəstək verdiyini deyərək, Tehranın bölgədəki silahlı qruplarla əlaqələrinə diqqət çəkib.
Diplomatın sözlərinə görə, İranın ABŞ və İsrailə qarşı açıqlamaları sadəcə ritorikadan ibarət deyil və bu təhdidlərə ciddi yanaşmaq lazımdır.
Səfir dünyadakı terror fəaliyyətləri ilə İran arasında əlaqə olduğunu iddia edərək, “Dünyanın hər hansı bir yerində terrorçuluq varsa, onun izi adətən Tehrana aparır” deyib.





















