image-1backend

Taksi qiymətləri niyə kəskin artır? Sərnişinlər Bolt və Yango-dan şikayətçidir  

image-ads-728x90

Azərbaycanda taksi xidmətlərinin qiymətləri və sifarişlərin icrası ilə bağlı narazılıqlar davam edir. Redaksiyamıza müraciət edən Bakı sakini  Fərid Əliyev “Bolt” və “Yango” taksi platformalarının xidmətlərindən istifadə zamanı ciddi problemlərlə üzləşdiyini bildirir.

Şikayətçinin sözlərinə görə, son günlər xüsusilə saat 17:00-dan sonra taksi qiymətlərində kəskin artım müşahidə olunur. O bildirir ki, gün ərzində təxminən 5 manata başa gələn marşrutlar axşam saatlarında 20 manata qədər yüksəlir. Bununla yanaşı, sərnişinlər həmin məbləği ödəməyə hazır olsalar belə, sifarişlərin vaxtında qəbul edilmədiyi və ya yerinə yetirilmədiyi qeyd edilir.

Fərid Əliyev bildirir ki, gündəlik həyatında taksi xidmətlərindən mütəmadi istifadə edir. Onun sözlərinə görə, sentyabr ayından etibarən qiymət artımları və sifarişlərlə bağlı problemlər daha da kəskinləşib.

“Vəziyyət olduqca bərbad durumdadır. Taksi parklarının böyük hissəsi, demək olar ki, bu şirkətlərin nəzarətindədir. Təsəvvür edin, hər gün taksidən evdən işə, işdən evə getmək üçün istifadə edirəm. Lakin artıq sentyabr ayından başlayaraq bu şirkətlərin fəaliyyəti ilə bağlı ciddi problemlərlə üzləşirəm. Qiymətlərin əsassız şəkildə artırılıb”, – deyə şikayətçi bildirib.

Onun sözlərinə görə, bəzi hallarda taksi sifarişini qəbul etmək üçün uzun müddət gözləmək lazım gəlir. Şikayətçi bildirir ki, ötən gün iki saat ərzində sifariş verməyə çalışsa da, nəticə əldə edə bilməyib.

“Dünən iki saat taksi sifarişlərini gözləmişəm. Sonda isə şirkət hesabımı blokladı”, – deyə Fərid Əliyev bildirib.
Redaksiyamız məsələ ilə bağlı “Bolt” və “Yango” şirkətləri ilə əlaqə saxlamağa çalışıb. Lakin  ünvanladığımız suallara cavab verən olmadı.

Redaksiyamız məsələ ilə bağlı araşdırmanı davam etdirməyə, şirkətlərin mövqeyini öyrənməyə və cavablarını dərc etməyə hazırdır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki