image-1backend

Tramp niyə Zelenskidən imtina edir? -Ağ Ev rəsmisi detalları açıqladı

image-ads-728x90

Ukrayna Prezidenti Volodimir Zelenskinin barışmaz mövqeyi və Rusiyanın neft emalı zavodlarına qarşı hücumları davam etdirməsi ABŞ Prezidenti Donald Trampın narazılığına səbəb olur.

Korrekt.az xəbər verir ki, “The Atlantic” nəşri adı açıqlanmayan Ağ Ev rəsmisinə istinadən xəbər verir ki, Tramp Zelenskinin mövqeyindən narazıdır və Ukrayna rəhbərliyindən Rusiya ərazisindəki neft emalı zavodlarına zərbələri dayandırmağı tələb edir.

“Prezident yalnız bir şey istəyir: neft emalı zavodlarına hücumları dayandırın. Bunu onun üçün edin”, – deyə Ağ Ev rəsmisi nəşrə bildirib.

Mənbənin sözlərinə görə, Tramp Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına hücumlarını Rusiya ordusunun Ukraynanın elektrik stansiyalarına endirdiyi zərbələrlə eyni səviyyədə qiymətləndirmir.

Ağ Ev rəsmisi qeyd edib ki, ABŞ prezidenti Ukraynadan yeni hücumlardan çəkinməyi tələb etsə də, Zelenski bu şərti qəbul etməyib.

Ağ Ev rəsmisi bildirib ki, Vaşinqtonla Kiyev arasında dərin uçurum yaranıb.

Adı açıqlanmayan Ağ Ev rəsmisi iddia edib ki, artıq Tramp Ukrayna liderini görmək istəmir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki