“Qarabağ” Portuqaliya millisinin heyətində 2016-cı il Avropa çempionatının qalibi olmuş futbolçu Renatu Sançeşlə maraqlanır.
Hazırda klubsuz olan 29 yaşlı yarımmüdafiəçi yenidən yaşıl meydanlara qayıtmaq üçün maaşının ciddi şəkildə azaldılmasına razıdır.
Ağdam təmsilçisi təcrübəli oyunçuya illik 450 000 avro maaş təklif edib və Sançeş “Qarabağ”da oynama variantına müsbət yanaşıb.
Hələlik transfer danışıqlarının gedişatı ilə bağlı rəsmi bir açıqlama verilməyib.
Qeyd edək ki, Renatu Sançeş 2016-cı ildə Avropanın ən yaxşı gənc futbolçusu seçilərək “Golden Boy” mükafatını qazanıb. O, karyerası ərzində Portuqaliyanın “Benfika”, Almaniyanın “Bavariya”, Fransanın “Lill” və PSJ, eləcə də icarə əsasında Uelsin “Suonsi”, İtaliyanın “Roma” və Yunanıstanın “Panatinaikos” komandalarının formasını geyinib. Lakin müntəzəm zədələr üzündən onun karyerası sabit və istənilən səviyyədə alınmayıb.Sportify.az





















