Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin edilib.
Korrekt.az xəbər verir ki, Yusif Axundov 12 oktyabr 2026-cı il tarixindən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin olunub.
Yusif Axundov 2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2003-cü ildə isə magistratura pilləsini bitirib.
O, əmək fəaliyyətinə 2002-ci ildə “Azərenerji” ASC-də mühəndis kimi başlayıb. 2005–2008-ci illərdə “McDermott Caspian Contractors Inc” şirkətində tərcüməçi və inzibatçı, 2008–2013-cü illərdə isə Koreya Respublikasının Azərbaycandakı səfirliyinin Kommersiya şöbəsində iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışıb.
2013–2017-ci illərdə “Gilan-Qəbələ Konserv Zavodu” MMC-də ixracat üzrə mütəxəssis və şöbə müdiri, 2018–2020-ci illərdə isə “Mars FK LTD” MMC-nin direktoru olub.
Yusif Axundov 2024-cü ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.





















