RİH başçısı o cümlədən Xırdalan şəhərində və Məmmədli kəndində bir neçə ünvanda su kütləsinin yığıldığı ərazilərə baş çəkib, sakinlərlə görüşərək onların problemləri ilə maraqlanıb. Subasmanın fəsadlarını daha tez zaman çərçivəsində aradan qaldırılması istiqamətində əlavə nasosların cəlb olunması və digər lazımi tədbirlərin təxirə salınmadan görülməsi istiqamətində göstərişlər verib. Görüşlərdə subasmaların qarşısını alınması məqsədi ilə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı aidiyyatı üzrə tapşırıqların verildiyi, müvafiq işlərin yaxın zamanlarda görüləcəyi bildirilib.
Qeyd edək ki, hazırda rayonun subasmış ərazilərində yağışın fəsadlarının aradan qaldırılması istiqamətində Abşeron RİH, yerli bələdiyyələr, FHN-in və Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumları birgə fəaliyyət göstərməkdədir.





















