image-1backend

Adil Əliyev və Elşən Salahov cəzalandırıldı

image-ads-728x90

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmət rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Trend-in məlumatına görə, qurumun başçısı Eldar Azizov Suraxanı rayonu, Qaradağ rayonuXəzər rayonunda təsərrüfat məsələlərinin mövcud vəziyyətini kəskin tənqid edib. Bildirilib ki, adıçəkilən rayonların bəzi qəsəbələri ümumşəhər standartlarından geri qalır.

Yol verilmiş nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət elan edilib, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov isə şifahi xəbərdarlıq alıb.

Şəhər rəhbəri rayon başçılarına yerlərdə mövcud vəziyyətin yaxşılaşdırılması üçün təcili və effektiv tədbirlər görülməsini tapşırıb.

Töhmət alan Adil Əliyev çıxışında mövcud çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki