Paytaxtın Badamdar qəsəbəsində fəaliyyət göstərən “Caspian İnternational Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) araşdırma aparılıb.
Korrekt.az Teleqraf-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən “Caspian İnternational Hospital” MMC-yə məxsus klinikada plandan kənar yoxlama zamanı lisenziyası olmayan “ginekoloji” iş üzrə ekstakorqonal mayalandırma, dövlət qeydiyyatından keçməmiş, yararlılıq müddəti bitmiş və saxlama şəraitinə riayət edilməyən dərman vasitələri aşkarlanıb.
“Caspian İnternational Hospital” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1, 221.1 və 221.10-cu maddələri ilə inzibati protokol tərtib edilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə MMC 6 min manat cərimə olunub.
Qeyd edək ki, ötən il “Caspian International Hospital” MMC-nin dövlətə qarşı 25 milyon 898 min 21.66 manat vergi borcu olub.
MMC 2013-cü ildən bəri fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Abbasov Cəbrayıl Neymət oğludur.





















