image-1backend

Trampa sui-qəsd cəhdinin qarşısı niyə alınmayıb?

image-ads-728x90

ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) Baş Müfəttişinin hazırladığı hesabatda 2024-cü ilin iyulunda ABŞ Prezidenti Donald Trampa qarşı törədilən sui-qəsd cəhdinin qarşısının alınmamasına səbəb olan ciddi nöqsanlar açıqlanıb.

Korrekt.az xəbər verir ki, hesabata əsasən, ABŞ Məxfi Xidməti (USSS) təhlükəsizlik tədbirlərində yol verilən bir sıra səhvlər səbəbindən hücumun qarşısını vaxtında ala bilməyib.

Sənəddə bildirilir ki, Trampa sui-qəsddə ittiham olunan Tomas Kruks hadisədən əvvəl ərazini kəşf etmək üçün pilotsuz uçuş aparatından (dron) istifadə edib. Lakin Məxfi Xidmət əməkdaşları bunu müəyyən edə bilməyiblər. Buna səbəb kimi agentlərdən birinin müvafiq hazırlığının olmaması və istifadə olunan avadanlıqlarda yaranan texniki nasazlıqlar göstərilir.

Hesabatda həmçinin qeyd olunur ki, Məxfi Xidmət və yerli hüquq-mühafizə orqanları arasında vahid əməliyyat qərargahı yaradılmayıb. Bu isə məlumat mübadiləsində ciddi problemlər yaradıb və nəticədə Tomas Kruksun şübhəli davranışları barədə şahidlərdən daxil olan bir sıra xəbərdarlıqlar vaxtında qiymətləndirilməyib.

Bundan başqa, hadisə yerində kifayət qədər təhlükəsizlik qüvvəsinin olmadığı, eləcə də binanın damından açılması mümkün olan atəş təhlükəsinin əvvəlcədən aradan qaldırılmadığı vurğulanır.

Baş Müfəttişin hesabatı Trampa qarşı sui-qəsd cəhdinin qarşısının alınmasında təhlükəsizlik sistemində ciddi boşluqların olduğunu bir daha ortaya qoyur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki