Almaniya milli futbol komandasının baş məşqçisi Yulian Naqelsman vəzifəsindən uzaqlaşdırılıb.
Korrekt.az xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.
Məlumata görə, Almaniya Futbol Federasiyası yaxın günlərdə millinin baş məşqçisi postuna Yurgen Kloppu təyin etməyə hazırlaşır. Təcrübəli mütəxəssis ötən il İngiltərənin “Liverpul” klubundan ayrıldıqdan sonra məşqçilik fəaliyyəti ilə məşğul olmayıb.
38 yaşlı Yulian Naqelsman Almaniya millisini 2023-cü ildən çalışdırırdı. Onun Almaniya Futbol Federasiyası ilə müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Almaniya yığması hazırda keçirilən dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya uduzaraq mübarizəni erkən başa vurub.
Hələlik Almaniya Futbol Federasiyası Bild nəşrinin yaydığı məlumatla bağlı rəsmi açıqlama verməyib.





















