image-1backend

Zubir “Qarabağ”dan ayrılır – Bu milyarder onu öz klubunda görmək istəyir

image-ads-728x90

“Qarabağ”ın futbolçusu Abdullah Zubirin bu yay komandasını dəyişəcəyi gözlənilir.

Korrekt.az xəbər verir ki, bu haqda ərəb mediası məlumat yayıb.

Qeyd edilib ki, 34 yaşlı vinger artıq Qətərin “Əl-Rayyan” klubu ilə müqavilə şərtlərini razılaşdırıb. Qətər karalının ailə üzvlərinə məxsus olan bu klub Zubiri məhz klub prezidentinin israrı ilə transfer etmək istəyir.

Hazırda əsas məsələ futbolçunun transferinin detallarıdır. Zubirin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki