image-1backend

Moskvadan İrəvana növbəti HƏDƏ: Görəcəksiniz!

image-ads-728x90

Rusiyadan Ermənistana Avropa İttifaqı ilə yaxınlaşmaya görə tənqidlər səngimir.

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski Avropa İttifaqının Ermənistan ixracının 80 faizi üzrə gömrük rüsumlarını ləğv etmək planına münasibət bildirib.

Leonid Slutski: Azərbaycan Rusiyanın dünyada ən etibarlı tərəfdaşlarından biridir

Slutskinin sözlərinə görə, Ermənistan rəhbərliyi başa düşməlidir ki, “Avropa siçan tələsindəki pendir pulsuz olmur”. O iddia edib ki, Aİ-nin Ermənistana təqdim etdiyi ticarət güzəştləri gələcəkdə ölkənin “Ukrayna nümunəsi”ndə Rusiyaya qarşı platformaya çevrilməsi üçün ödəniləcək qiymətdir. Deputat bildirib ki, belə bir addımın mənfi nəticələrini ilk növbədə erməni xalqı hiss edəcək.

Slutskinin fikrincə, Ermənistanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalması, həm də Avropa İttifaqına inteqrasiya etməsi mümkün deyil. “İki stulda oturmaq alınmayacaq. Ya Aİİ-də qalaraq Rusiya və digər üzv dövlətlərlə əməkdaşlığı davam etdirmək, ya da Avropa inteqrasiyasını seçmək lazımdır. Bu isə faktiki olaraq suverenlikdən imtina və Brüsselin protektoratının qurulması deməkdir”, – deyə Slutski bildirib.

Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrəvana səfəri zamanı Aİ-nin Ermənistan ixracının 80 faizi üzrə gömrük rüsumlarını ləğv etməyi planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, bu mexanizm Ermənistanın kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, üzvi məhsullar, həmçinin alkoqollu və alkoqolsuz içkilərinin Avropa bazarına çıxışını əhəmiyyətli dərəcədə genişləndirəcək.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki