Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun Vurğun qəsəbə, Xılxına və Qıraq kəsəmən kənd yaşayış məntəqələrində vətəndaşların növbəti səyyar qəbullarını keçirib. Səyyar qəbullarda rayonun hüquq-mühavizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, eyni zamanda, yerli sakinlər iştirak ediblər. Səyyar qəbullarda giriş nitqləri söyləyən Seymur Orucov bildirib ki, bu gün ölkəmizdə höküm sürən ictimai-siyasi sabitlik, vətəndaşlarımızın təhlükəsiz və əmin-əmanlıq mühitində yaşaması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsidir. Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi dövlətimizin iqtisadi siyasətinin mərkəzində dayanır və bu istiqamətdə ardıcıl tədbirlər uğurla icra olunur.
Səyyar qəbullarda vətəndaşların səsləndirdikləri müxtəlif məzmunlu müraciət və təklifləri qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli tədbirləri müəyyən olunub. Aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.






















