image-1backend

Anxel Di Mariya: “Mənim üçün Dünya çempionatı yarımfinalda başa çatdı”

image-ads-728x90

Argentina millisinin sabiq futbolçusu Anxel Di Mariya 2026-cı il dünya çempionatının finalı ilə bağlı fikirlərini bölüşüb.

Təcrübəli futbolçu həlledici qarşılaşmanın olduqca çətin keçdiyini və İspaniya yığmasının üstün oyun nümayiş etdirdiyini bildirib.

“Final çox çətin keçdi. İspaniya çox yaxşı futbol oynayırdı və biz topu onlardan ala bilmirdik”, – deyə Di Mariya söyləyib.

Bununla belə, argentinalı ulduz onun üçün turnirin ən vacib qarşılaşmasının final deyil, yarımfinal olduğunu vurğulayıb.

“Mənim üçün Dünya çempionatı yarımfinalda başa çatdı. Çünki biz İngiltərəni məğlub etdik. Bu, ölkəmiz üçün ən böyük sevinc idi”, – deyə sabiq futbolçu qeyd edib.

Qeyd edək ki, Anxel Di Mariyanın açıqlaması məşhur futbol insayderi Fabrizio Romano tərəfindən paylaşılıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki