İraqın xarici işlər naziri Fuad Hüseyn ABŞ və İran arasında hərbi əməliyyatların yenidən başlanması ehtimalını real ssenari kimi qiymətləndirib.
Korrekt.az xəbər verir ki, nazir bu barədə açıqlamasında ABŞ Konqresində Demokratlar Partiyasının hər iki palatada üstünlük əldə etməsinin Yaxın Şərqdə müharibə riskini aradan qaldırmayacağını bildirib.
“Demokratların ABŞ Konqresinə nəzarəti ələ keçirməsi regionda müharibənin olmayacağına zəmanət vermir. ABŞ və İran arasında hərbi əməliyyatların yenidən başlanması kifayət qədər real ssenaridir və bu, heç kimə sirr deyil”, – deyə Fuad Hüseyn vurğulayıb.
İraqın xarici işlər naziri ölkəsinin yenidən hərbi münaqişəyə cəlb olunmasının qarşısını almaq üçün Bağdadın bütün imkanlarından istifadə edəcəyini də qeyd edib.
Onun sözlərinə görə, İraqın mümkün hərbi əməliyyatlarda iştirakı ağır nəticələrə səbəb ola və ölkəni mürəkkəb vəziyyətə sala bilər.
Qeyd edək ki, Bağdad ABŞ və İran arasında mümkün hərbi eskalasiyanın İraqın təhlükəsizliyinə və regional sabitliyə təsirlərindən narahatdır.





















