image-1backend

Avropalı nazirlər Bakıda toplanır – Qaz bazarı barədə mühüm qərarlar verilə bilər

image-ads-728x90

Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası öz işinə başlayır.

Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, eləcə də 49 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edir.

Toplantının əhəmiyyətini şərh edən iqtisadçı İlham Şaban xatırladır ki, körfəz ölkələrində hərbi münaqişənin alovlanması, dünyanın iri maye qaz ixracatçılarından olan Qətərin qaz emalı obyektlərinə İranın hava hücumu və gündəlik olaraq Hörmüz boğazından 300 mln. kubmetr qazın daşınmasında yaranan fasilələr artıq Avropa və Uzaq Şərq bazarlarında mavi yanacağın 1000 kubmetrinin qiymətini 600 dollaradək bahalaşdırıb.

Onun sözlərinə görə, belə bir şəraitdə Avropa qazın tanker daşımalarının da davamlı enerji təhlükəsizliyinin təminatçısı olmadığını görür. “Məncə, boru kəmərləri daşımalarının vacibliyi bu dəfəki Bakı toplantısında daha qabarıq şəkildə diqqət mərkəzində olacaq”, – o qeyd edib.

İqtisadçının qənaətinə görə, Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini özünün prioritet layihələri siyahısına daxil edə bilər.

İ.Şaban xatırladıb ki, Azərbaycan 2025-ci ilin yekunlarına görə, təqribən 38,9 mlrd m3 əmtəəlik qaz hasil edib və bunun 25,2 mlrd m3-nu xarici bazarlarda kapitala çevirib. Avropa bazarlarında satış həcmlərimiz 2 ildir – 12,8 mlrd m3 ətrafında sabitdir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki