image-01kncpmbaegape55hdaqvvnyb4-largebackend

Azərbaycan əsilli gənc aktyor Nail Qurbanov Hollywood-da baş rola çəkildi – VİDEO

image-ads-728x90

Azərbaycan əsilli gənc aktyor Nail Qurbanov Hollywood səhnəsində baş rolda çıxış edərək beynəlxalq kino mühitində diqqət çəkməyi bacarıb.

Korrekt.az xəbər verir ki, 20 yaşlı Nail Qurbanov artıq Los Angeles şəhərində çəkilən film layihəsində əsas obrazlardan birini canlandırır. O, filmdə Eric Connors adlı mürəkkəb və emosional xarakterə həyat verir. Süjet iki qardaşın həm şəxsi hissləri, həm də gələcək karyeraları arasında qaldığı çətin seçimlər üzərində qurulub. Hər iki qardaşın eyni qıza qarşı hisslər bəsləməsi və eyni zamanda musiqi sahəsində təklif olunan müqavilə qarşısında fərqli qərarlar vermək dilemması hekayəni daha da dramatik və təsirli edir. Bundan əlavə, ailədə yaşanan ciddi sağlamlıq problemi onların həyatına əlavə psixoloji yük gətirir və seçimlərini daha da çətinləşdirir.

Nail Qurbanov yalnız aktyorluq fəaliyyəti ilə kifayətlənmir. O, eyni zamanda klassik və pop musiqi ifaçısı kimi də yaradıcılıqla məşğuldur. İncəsənətə olan bu çoxşaxəli yanaşma onun səhnə və ekran üzərindəki performansına xüsusi dərinlik qatır.

Bununla yanaşı, Nail ABŞ-ın nüfuzlu ali təhsil ocaqlarından biri olan University of California, Los Angeles (UCLA)-da psixologiya ixtisası üzrə təhsil alır. Akademik biliklərini sənət fəaliyyəti ilə birləşdirərək, obrazların psixoloji tərəflərini daha peşəkar şəkildə təqdim etməyi bacarır.

Los Angeles şəhərində yaşamasına baxmayaraq, Nail Qurbanov öz Azərbaycan kimliyinə sadiq qalır və onu beynəlxalq platformalarda qürurla təmsil edir. Onun uğuru göstərir ki, azərbaycanlı gənclər qlobal sənət və kino sənayesində öz sözlərini demək potensialına malikdirlər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki