Azərbaycan Respublikası Atçılıq Federasiyasının geniş tərkibli nümayəndə heyəti Almaniyada keçirilən nüfuzlu CHIO Aachen turnirində iştirak edib. Korrekt.az xəbər verir ki, nümayəndə heyəti yarış çərçivəsində müxtəlif proqramlarda çıxış edərək ölkəmizi beynəlxalq arenada təmsil edib.
Səfər çərçivəsində federasiya rəsmiləri beynəlxalq atçılıq təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq və gələcək layihələr barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Almaniyanın Axen şəhərində təşkil olunan CHIO Aachen turniri dünya atçılıq idmanının ən prestijli yarışlarından biri hesab olunur və hər il onlarla ölkədən peşəkar idmançıları bir araya gətirir.





















