image-media-c8707fa3a00db8207562e0b87889cd5e_4971170-czemnx-960x640backend

Azərbaycan və Türkmənistan: Ortaq tarixdən ortaq gələcəyə – Tənzilə Rüstəmxanlı yazır

image-ads-728x90

Azərbaycan – Türkmənistan münasibətləri qədim tarixi köklərə, ortaq mədəniyyətə və strateji maraqlara əsaslanır. Bu iki qardaş xalqı yalnız coğrafi yaxınlıq deyil, həm də ortaq etnik mənsubiyyət, dil və din birliyi, yüzillərlə davam edən dostluq və qardaşlıq əlaqələri birləşdirir.

media-whatsapp-image-2025-12-17-at-21-04-54-1

Tarixin müxtəlif mərhələlərində siyasi, iqtisadi və mədəni baxımdan sıx təmasda olmuş Azərbaycan və Türkmənistan münasibətləri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diplomatik səyləri sayəsində bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Son illər baş verən intensiv siyasi dialoq, qarşılıqlı səfərlər və imzalanan sənədlər bu əlaqələrin nə qədər sağlam təmələ söykəndiyini sübut edir.

Bu gün iki dövlət təkcə regionda deyil, beynəlxalq aləmdə də bir-birini dəstəkləyən tərəfdaşlardır. Müasir geosiyasi vəziyyətdə TDT regional sabitlik, iqtisadi inteqrasiya və nəqliyyat-logistika körpülərinin qurulması baxımından strateji platforma rolunu oynayır. Türkmənistanın müşahidəçi statusunda çıxış etməsinə baxmayaraq, bu təşkilat daxilində Azərbaycanla Türkmənistan arasında münasibətlər qarşılıqlı dəstək əsasında inkişaf edir.

Son illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivliyi xüsusi diqqət çəkir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5 işgüzar səfər, eləcə də onun 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşdə iştirakı Bakının bu istiqamətə verdiyi önəmin göstəricisidir.

Türkmənistan tərəfi də eyni intensivliklə qarşılıqlı münasibətlərə töhfə verir. 2023-cü ildə Sərdar Berdiməhəmmədovun Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Bakıya səfəri, eləcə də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun 2025-ci ildə Qəbələdə keçirilən sammitdə iştirakı iki ölkə arasında strateji tərəfdaşlığın dinamik inkişafını təsdiqləyən mühüm hadisələrdəndir.

Azərbaycan-Türkmənistan əməkdaşlığı yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də dərin mənəvi və mədəni təməllərə söykənir. İşğaldan azad edilmiş Füzuli şəhərində Türkmənistan dövləti tərəfindən müasir məscid kompleksinin tikilməsi qardaşlıq münasibətlərinin ən ali təzahürüdür.

Münasibətlərin bu yüksələn dinamikası fonunda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə dövlət səfəri əldə olunmuş razılaşmaları hüquqi müstəvidə möhkəmləndirərək, bu strateji tərəfdaşlığın institusional əsaslarını daha da sarsılmaz edəcək.

Bakıda keçirilən yüksək səviyyəli danışıqlarda xüsusilə enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Xəzər dənizində üçtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi diqqət mərkəzində oldu. Bütövlükdə Türkmənistan prezidentinin səfəri iki ölkə arasında mövcud mehriban qonşuluq münasibətlərini daha da inkişaf etdirərək yeni mərhələyə yüksəltmiş olacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki