Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb.
Korrekt.az AMB-yə istinadən xəbər verir ki, qərarla uçot dərəcəsi 6.5 faiz, faiz dəhlizinin aşağı həddi 5.5 faiz, faiz dəhlizinin yuxarı həddi isə 7.5 faiz səviyyəsinə endirilib.
Tənzimləyici bildirir ki, faiz dəhlizi ilə bağlı qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uyğunluğu, qlobal iqtisadi aktivlik və beynəlxalq maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi şəraitdə müşahidə olunan əsas meyillər, eləcə də pul siyasəti qərarlarının maliyyə bazarları və real sektora ötürücülüyü əsas götürülüb.





















