image-images-2backend

Paşinyan şərtini açıqladı: Sülh sazişi imzalanmasa, bunu uğursuzluq sayacaq

image-ads-728x90

Ermənistanın baş naziri Nikol Paşinyan vəzifədə olduğu müddətdə Azərbaycanla sülh sazişinin imzalanmasına və təsdiqlənməsinə nail olmağı əsas məqsədlərindən biri kimi göstərib.

Korrekt.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Baş nazir vəzifəmi sülh sazişinin imzalandığı və təsdiqləndiyi şəraitdə başa vurmaq istəyirəm. Əgər bu baş verməsə, bunu şəxsən özüm üçün uğursuzluq hesab edəcəyəm”, – deyə Paşinyan bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan 2025-ci il avqustun 8-də Vaşinqtonda iki ölkə arasında sülhün qurulması və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında saziş imzalayıblar.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki