image-indirbackend

“Bahalaşmanın qarşısının alınması üçün tədbirlər görülməlidir” -İqtisadçı ekspert

image-ads-728x90

“Bahalaşmanın qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Bahalaşmanın bir çox hallarda işbazlar tərəfindən idarə edildiyi müşahidə olunur.”– bu fikirləri İqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Arzuman Muradlı bildirib.

image-2

Arzuman Muradlı qeyd edib ki, bahalaşmanı yaradan real səbəblər mövcuddur və bu səbəblərin aradan qaldırılması vacibdir.

O, xüsusilə Azərbaycan bazarında ətin sürətlə bahalaşmasının qarşısını almaq üçün kənd təsərrüfatına dəstək layihələrinin vacibliyini vurğulayıb: “Fermerlərə dəstək verilməlidir. Bu dəstək ən inkişaf etmiş ölkələrdə belə mövcuddur. Məsələn, qardaş Türkiyədə fermerlərə faizsiz kreditlər verilir, həmçinin dövlət onlara xüsusi imtiyazlar təqdim edir.”

” 2026-cı ilin yanvar ayında qida məhsullarında, xüsusilə balıq, süd məhsulları, yumurta və kolbasa məmulatlarında bahalaşmanın müşahidə edilib. Bununla yanaşı, qida rasionunda olan digər məhsulların da qiymətlərinin artıb. Ərzaq məhsullarındakı bu artımın ilin sonuna qədər davam edə bilər. Məhsulun yekun qiyməti onun istehsal xərclərindən asılıdır. Ölkəmiz idxaldan asılı olduğu üçün qiymət artımını hər sahədə nəzərəçarpacaq dərəcədə hiss edirik.”- deyə ekspert qeyd edib.

“Bahalaşmanın qarşısını almaq üçün konkret və effektiv tədbirlər görülməlidir. Bu, həm iqtisadi sabitlik, həm də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün mühüm addımdır,” – deyə Arzuman Muradlı fikirlərini yekunlaşdırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki