Nərimanov metrostansiyasında sıxlıq yaranıb.
Korrekt.az-a Bakı metropolitenindən bildirilib ki, saat 17:03-də metronun “Nərimanov” stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır.
Bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var. Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik.





















