image-resizebackend

Bakıda hava KƏSKİN DƏYİŞİR – Bu tarixlərdə ehtiyatlı olun

image-ads-728x90

Avqustun 27-30-da Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra rayonlarında gözlənilən güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Korrekt.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Gədəbəy, Qusar, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad və Cəbrayılda qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, həmçinin Goranboy, Naftalan, Culfa və Ordubadda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Bu ərazilərdə küləyin sürətinin saniyədə 20,8-28,4 metrədək güclənəcəyi gözlənilir.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlıqları küləyin güclənməsi ilə bağlı risklərin artacağı əraziləri əhatə edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki