image-1backend

Bakıda iki məktəbə eyni şəxsin direktorluq etməsi ilə bağlı – Açıqlama

image-ads-728x90

Bakıda iki təhsil müəssisəsinə – 135 və 244 nömrəli məktəblərə bir şəxsin – Şəfa Qurbanovanın direktor təyin olunması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Şəfa Qurbanova 244 nömrəli məktəbə 3 ay müddətinə təyinat alıb.

“Bakı şəhəri 135 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Şəfa Qurbanovaya 5 dekabr 2025-ci il tarixindən 3 ay müddətinə 244 nömrəli tam orta ümumtəhsil məktəbinin vakant olan direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası həvalə edilib”, – məlumatda bildirilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki