image-1backend

Baş nazir məşhur müğənnidən üzr istədi:”Onu sevirəm”

image-ads-728x90

Avstraliyanın Baş naziri Entoni Albanese podkastda səsləndirdiyi fikirlərə görə ictimaiyyət qarşısında üzr istəyib.

Korrekt.az xəbər verir ki, hadisə komediyaçı Niki Osbornun aparıcılığı ilə yayımlanan “Deep Bush” podkastında baş verib. Proqram zamanı Albaneseyə “Sleep, Marry, Date” adlı oyun çərçivəsində müğənni Kayli Minoq, aktrisa Nikol Kidman və rəssam Ronda Börçmor arasında seçim etməsi təklif olunub.

Baş nazir əvvəlcə sualdan yayınmağa çalışaraq cəmi altı ay əvvəl evləndiyini xatırladıb. Lakin aparıcının israrından sonra o, Kayli Minoqu seçərək zarafatla “Yuxarıda deyilənlərin hamısı. O, möhtəşəmdir” ifadəsini işlədib.

Podkast zamanı aparıcı Albaneseyə şəxsi həyatı ilə bağlı digər intim xarakterli suallar da ünvanlayıb. Baş nazir isə bu suallara da zarafatla cavab verib.

Səsləndirilən fikirlər Avstraliyada geniş müzakirələrə səbəb olub. Müxalifətdəki Liberal Partiyasının rabitə və rəqəmsal təhlükəsizlik üzrə kölgə naziri, senator Sara Henderson sosial şəbəkədə paylaşdığı açıqlamada Baş nazirin ifadələrini qadınlara qarşı hörmətsizlik kimi qiymətləndirib və bunun ölkə üçün utancverici olduğunu bildirib.

Artan tənqidlərdən sonra Entoni Albanese mətbuat xidməti vasitəsilə rəsmi bəyanat yayaraq üzr istəyib.

“Bu şərhlərə görə qeyd-şərtsiz üzr istəyirəm”, – deyə Avstraliyanın Baş naziri açıqlamasında bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki