image-1backend

Baxçalı: “İrana hücum əxlaqsızlıqdır”

image-ads-728x90

Türkiyənin aparıcı partiyası olan Milliyətçi Hərakat Partiyasının(MHP) sədri Dövlət Baxçalı partiyasının parlament qrup iclasında çıxış edərək ABŞ və İsrailin İrana hücumlarını sərt tənqid edib.

Korrekt.az xəbər verir ki, Baxçalı bildirib ki, regionda və dünyada artan gərginlik qlobal sabitliyi ciddi təhdid edir. Onun sözlərinə görə, beynəlxalq münasibətlər sistemində əxlaqi və hüquqi prinsiplər zəifləyib, nəticədə böhran və xaos dərinləşib.

MHP lideri qeyd edib ki, ABŞ-ın  İrana qarşı hücumu regional və qlobal tarazlığı poza biləcək xarakter daşıyır.

“Bu hücum əxlaqsızlıqdır. Bu  beynəlxalq hüquqa hörmətsizlikdir.”- deyə Baxçalı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki