image-1backend

Bəqai: İran və ABŞ arasında İslamabadda görüş planlaşdırılmır

image-ads-728x90

İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai X sosial şəbəkəsində yazıb ki, İslamabadda İranla ABŞ arasında heç bir görüş planlaşdırılmır, Tehranın mövqeyi İslamabada çatdırılacaq.

Korrekt.az xəbər verir ki, onun sözlərinə görə, İran nümayəndə heyəti Pakistan paytaxtına rəsmi səfərə gəlib.

“Xarici işlər naziri Əraqçi Amerikanın tətbiq etdiyi təcavüzkar müharibəyə son qoymaq və bölgəmizdə sülhü bərpa etmək üçün davam edən vasitəçilik və xoşməramlı səylərin bir hissəsi olaraq Pakistanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək”, – deyə Baqay bildirib.

Bundan əvvəl İranın xarici işlər naziri Pakistana səfər etmişdi.

Ağ Ev öz növbəsində ABŞ-ın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin İran nümayəndə heyəti ilə birbaşa danışıqlar aparmaq üçün Pakistana səfər edəcəyini açıqladı.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki