image-1backend

“Bu Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir” – Politoloq

image-ads-728x90

“Bakıda keçirilən 13-cü Dünya Şəhərsalma Forumunda (WUF13) kimi mötəbər tədbirlərin dövlətimiz üçün əhəmiyyəti böyükdür. Bu cür tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunu artırır və ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdır.”– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Arzuman Muradlı bildirib ki, yaxın gələcəkdə Bakıda daha bir neçə mühüm tədbirin keçirilməsi planlaşdırılır.

Politoloq qeyd edib ki, əvvəllər belə mötəbər tədbirlərin ölkəmizdə təşkilinə müəyyən maneələr yaranırdı. Lakin artıq dünya ictimaiyyəti anlayır ki, Azərbaycan belə tədbirləri uğurla və rahatlıqla həyata keçirə bilir.

O əlavə edib ki, bu gün Avropa liderləri tez-tez Bakıya səfərlər edirlər ki, bu da Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun göstəricisidir.

“Dünya ictimaiyyəti qəbul edir ki, strateji əhəmiyyətli bir regionda yerləşən Azərbaycan, həm regional, həm də qlobal səviyyədə vacib bir rola malikdir.”– deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki