image-1backend

Bu ödənişlər qadağan edildi

image-ads-728x90

Mağaza və restoranlarda, həmçinin çay evlərində olan servis haqqı kimi müştəriyə sırınan xidmət haqqları ləğv edilir. Bu xidmət haqqı Türkiyədə daha çox tələb edilir. Türkiyə Ticarət Nazirliyi məhz buna görə sərt addım atıb.  Bundan sonra Türkiyədə restoran, kafe, şirniyyat mağazası, eləcə də, digər qida və içki müəssisələrində istehlakçılardan xidmət haqqı, masa haqqı, örtük haqqı və ya oxşar adlarla əlavə ödənişlərin tələb edilməsi qadağan olunub.

Korrekt.az xəbər verir ki, bu qərar Türkiyə Ticarət Nazirliyi tərəfindən hazırlanmış “Qiymət etiket qaydalarında dəyişiklik edilməsinə dair Qayda”nın qüvvəyə minməsi ilə rəsmiləşib.

Yeni qaydalara əsasən, Türkiyədə fəaliyyət göstərən qida və içki müəssisələri menyuda göstərilən qiymətlərdən əlavə olaraq istehlakçılardan heç bir məcburi ödəniş tələb edə bilməz.

Dəyişiklik qiymət şəffaflığının artırılmasını və istehlakçı hüquqlarının daha effektiv qorunmasını məqsəd qoyur.

Qaydalara əməl etməyən müəssisələr barəsində mövcud qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görüləcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki