image-1backend

Bu ölkədə hicab və saqqal qadağan edildi

image-ads-728x90

Tacikistanda hicab, ərəb üslublu geyimlər və saqqal saxlanılması qanunla qadağan edilib.

Korrekt.az bakupost.az-a istinadla xəbər verir ki, ölkə hakimiyyəti bu görünüş elementlərinin Tacikistanın milli-mədəni dəyərlərinə uyğun olmadığını əsas gətirərək müvafiq məhdudiyyətlər tətbiq edib.

Məlumata görə, “tacik mədəniyyətinə yad” hesab edilən geyimlərin ölkəyə gətirilməsinə də nəzarət gücləndiriləcək və bu istiqamətdə idxal məhdudiyyətləri tətbiq olunacaq.

Rəsmi qurumlar bildirirlər ki, qəbul olunan qərarlar dini radikalizm və ekstremizmlə mübarizə məqsədi daşıyır.

Hazırda yerli icra strukturları əhali arasında yeni qaydalarla bağlı maarifləndirmə işləri aparır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki