Bu gün Danimarkada iki yerli qatar üz-üzə toqquşub. Reuters ölkənin təcili yardım xidmətlərinə istinadən xəbər verir ki, qəzada 17 sərnişin xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.
Polisin açıqlamasında hadisənin Kopenhagenin şimalında, Hillerod və Kagerup şəhərlərini birləşdirən qatar xəttində baş verdiyi bildirilir. Fotoşəkillərdə qəzanın meşəlik ərazinin yaxınlığında baş verdiyi görünür.





















