2026-cı il aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1151,5 manat təşkil edib.
İqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə açıqlanan statistikada ən yüksək maaş göstəricisi Xankəndi şəhərində qeydə alınıb. Burada orta aylıq əməkhaqqı 1 621,9 manat olub.
Ən yüksək əməkhaqqı olan ərazilər sırasında Bakı şəhəri 1 459,4 manatla ikinci, Daşkəsən rayonu isə 1 218,7 manatla üçüncü yerdə qərarlaşıb. Siyahıda daha sonra Şuşa şəhəri 1 067,9 manat göstərici ilə yer alıb.
Ən aşağı orta aylıq əməkhaqqı isə Qax rayonunda qeydə alınıb. Bu rayonda muzdla çalışan işçilərin orta aylıq maaşı 576,6 manat təşkil edib. Aşağı göstəricilərə malik digər bölgələr arasında Zərdab rayonu (633 manat), Balakən rayonu (637,3 manat) və Xızı rayonu (641,2 manat) da yer alıb.
Digər rayonlarda isə əməkhaqqı bu cür olub:






















